Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamaya ölkənin Hava-Kosmik Qüvvələrinin qruplaşmasının Suriyadan çıxarılması barədə telefonla məlumat verib.
Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Rusiya prezidenti məlumat verib ki, beynəlxalq terrorizmlə mübarizə çərçivəsində rus hərbi qüvvələrinin qarşısında duran əsas vəzifələrin yerinə yetirildikdən sonra, Suriyadan HKQ-in aviaqruplaşmasının əsas hissəsinin çıxarılması qərara alınıb.