...

İstanbulda polis gücləndirilmiş iş rejiminə keçib

Dünya xəbərləri Materials 15 Mart 2016 10:42 (UTC +04:00)
Martın 13-də Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsindən sonra İstanbul polisi gücləndirilmiş iş rejiminə keçib.
İstanbulda polis gücləndirilmiş iş rejiminə keçib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Martın 13-də Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsindən sonra İstanbul polisi gücləndirilmiş iş rejiminə keçib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Səbəb kimi İstanbulda terror aktları törədilməsi ilə bağlı yüksək təhlükə həddi göstərilir.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti