...

DİN təsdiqlədi: Ankaradakı terroru PKK törədib

Dünya xəbərləri Materials 15 Mart 2016 20:28 (UTC +04:00)
Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi təsdiqlənib
DİN təsdiqlədi: Ankaradakı terroru PKK törədib

Bakı. Trend:

Martın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.

Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir.

Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti