...

Avropaya Aralıq dənizi vasitəsilə təqribən 165 min miqrant gəlib

Dünya xəbərləri Materials 29 Mart 2016 18:14 (UTC +04:00)
İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 164 752 miqrant və qaçqın gəlib.
Avropaya Aralıq dənizi vasitəsilə təqribən 165 min miqrant gəlib

Bakı. Elçin Hüseynov - Trend:

İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 164 752 miqrant və qaçqın gəlib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Yanvar-mart ayları ərzində Yunanıstana 149 534, İtaliyaya 15 218 miqrant və qaçqın gəlib. Bu il Avropa sahillərinə hər gün orta hesabla 1885 nəfər çatır.

Daha əvvəl Yunanıstan hökuməti bildirib ki, gələnlərin əksəriyyəti üç ölkəni təmsil edir - Suriya, Əfqanıstan və İraq. Miqrantların arasında Pakistan və İran vətəndaşları da var.

Bununla yanaşı, Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 531 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti