Bakı. Trend:
Ukraynanın Baş naziri Arseni Yatsenyuk hökumət başçısı səlahiyyətlərindən imtina etməyi qərara alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Yatsenyuk Ukrayna telekanalarında yayımlanan "Baş nazirlə 10 dəqiqə" proqramının efirində deyib: "Mən Ukraynanın Baş naziri səlahiyyətlərindən imtina etməyi qərara almışam".
Hökumət sədrinin sözlərinə görə, çərşənbə axşamı, aprelin 12-də o, müvafiq qərarı Ukrayna Ali Radasına təqdim edəcək.
O vurğulayıb ki, yeni hökumətin yaradılması ölkə rəhbərliyi üçün prioritet olmalıdır.