...

Vladimir Jirinovskinin heykəli demontaj ediləcək

Dünya xəbərləri Materials 15 Aprel 2016 12:57 (UTC +04:00)
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin tuncdan hazirlanmış və bir neçə gün əvvəl təntənəli şəraitdə Moskvada ucaldılmış 3 metrəlik heykəli demontaj ediləcək.
Vladimir Jirinovskinin heykəli demontaj ediləcək

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin tuncdan hazirlanmış və bir neçə gün əvvəl təntənəli şəraitdə Moskvada ucaldılmış 3 metrəlik heykəli demontaj ediləcək.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, abidə "Təhsil haqqıda" Rusiyanın federal qanununu pozur.

Gazeta.ru yazır ki, Dünya sivilizasiyalar institutunun (DSİ) həyətində quraşdırılmış heykəl tələbələrdə "yanlış ideologiya dəyərlərin və siyasi baxışların" formalaşmasına vadar edə bilər. DSİ-tu isə 100 min rubl dəyərində cərimə edilə bilər.

V.Jirinovskinin heykəli siyasətçinin aprelin 25-də qeyd edəcək 70 illik yubileyinə həsr edilib. Açılış mərasimi çar himninin sədaları altında baş tutub. Maraqlısı odur ki, abidənin qurucusu Zurab Sereteli V.Jirinovski üçün heykəli iki variantda hazırlayıb. Birinci abidə Vladimir Jirinovski tərəfindən bəyənilib və o, heykəltaraşdan heykəlin surətini çıxarmasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti