...

Terrorda şübhəli bilinən ərəbi filmə çəkibmişlər

Dünya xəbərləri Materials 16 Aprel 2016 14:34 (UTC +04:00)
Brüsseldə ötən ay baş vermiş terror aktlarında şübhəli bilinən Üsamə Krayim daha əvvəl İsveçə uğurlu mühacirətindən bəhs edən sənədli filmə çəkilib.
Terrorda şübhəli bilinən ərəbi filmə çəkibmişlər

Bakı. Elçin Hüseynov - Trend:

Brüsseldə ötən ay baş vermiş terror aktlarında şübhəli bilinən Üsamə Krayim daha əvvəl İsveçə uğurlu mühacirətdən bəhs edən sənədli filmə çəkilib. Bu barədə Trend "The Telegraph" qəzetinə istinadən xəbər verir.

Ü.Krayim və onun ailəsi miqrantlar arasında idmanın şəhər mühitinə inteqrasiyada rolu haqqında süjetin baş qəhrəmanı qismində çəkiliblər. Film 2015-ci ildə Ü.Krayimin ailəsi İsveçin Malmö şəhərində yaşadığı zaman çəkilib.

Xatırladaq ki, Ü.Krayim Belçikanın paytaxtında baş vermiş silsilə terror aktlarında şübhəli şəxs qismində aprelin əvvəli həbs edilib.

Qeyd edək ki, martın 22-də Brüsselin hava limanında və metroda baş vermiş partlayışlar nəticəsində 35 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti