...

"Lenin" və "Puşkin" Qızıl meydanda dalaşdılar (VİDEO)

Dünya xəbərləri Materials 25 Aprel 2016 17:43 (UTC +04:00)
Rusiyalı şair Aleksandr Puşkinin və inqilabçı Vladimir Leninin oxşarları Moskvadakı Qızıl meydanda dalaşıblar.
"Lenin" və "Puşkin" Qızıl meydanda dalaşdılar (VİDEO)

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyalı şair Aleksandr Puşkinin və inqilabçı Vladimir Leninin oxşarları Moskvadakı Qızıl meydanda dalaşıblar. Bu barədə Trend "Lenta.ru" saytına istinadən xəbər verir.

Turistlər bu savaşı telefon vasitəsilə çəkib "YouTube" videoşəbəkəsinə yükləyiblər.

"Puşkin" ilə "Lenin"in davasının səbəbi müştəri ucbatından olub. Mübahisə zamanı "Lenin" bildirib ki, 15 il ərzində bu obrazda həmin yerdə "işləyir", "Puşkin" isə təzəcə gəlib. Davanın sonunda "Puşkin" rəqibini ayaqla itələyərək hadisə yerində qaçıb.

Xatırladaq ki, keçən ilin yayında Moskva metrosunun "Oxotniçiy ryad" stansiyasının yanında Lenin və İosif Stalinin oxşarları bizneslərini bölüşdürə bilməyərək savaşmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti