...

Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib

Dünya xəbərləri Materials 3 May 2016 14:03 (UTC +04:00)
İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant və qaçqın gəlib.
Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib

Bakı. Elçin Hüseynov - Trend:

İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant və qaçqın gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatında deyilir.

Yanvar-mart ayları ərzində Yunanıstana 154 862, İtaliyaya - 28 593, İspaniyaya - 1 063, Kiprə isə 28 miqrant və qaçqın gəlib.

Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 1300 nəfəri keçib. Bu rəqəmə aprel ayında Liviya sahillərində həlak olmuş təqribən 500 nəfər də daxildir.

BMT-in rəsmi nümayəndəsi Coel Milman bildirib ki, 2015-ci ilin 4 ayı ərzində bu ilin müvafiq dövrü ilə müqayisədə daha çox insan yol boyu həlak olub - 1733. Bununla yanaşı, Avropaya daxil olan mühacirlərin sayı müvafiq dövrdə artıb. 2015-ci ildə Avropaya 4 ay ərzində 52 750 miqrant və qaçqın gəlmişdi.

Bundan əvvəl Yunanıstan hökuməti bəyan etmişdi ki, miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan gəlir. Onların arasında Pakistan və İran vətəndaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti