...

"WTI" markalı neftin qiyməti 47 dolları keçdi

Dünya xəbərləri Materials 12 May 2016 19:26 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

"WTI" markalı neftin qiyməti bu gün 2016-cı ildəki maksimumuna çatıb - bir barel üçün 47 dolları keçib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bugünkü neft qiymətləri 2015-ci il noyabrın 4-dən ən yüksək göstərici sayılır.

Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 47,02 dollar təşkil edir.

Hərraclar zamanı "Brent" markalı neftin qiyməti hətta 48,02 dollara yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti