...

Azərbaycan dəmiryolçuları Türkiyənin yeni baş nazirinə uğurlar diləyir

Dünya xəbərləri Materials 22 May 2016 15:05 (UTC +04:00)
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım ölkənin yeni baş naziri seçilib.
Azərbaycan dəmiryolçuları Türkiyənin yeni baş nazirinə uğurlar diləyir

Bakı. Trend:

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım ölkənin yeni baş naziri seçilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti başda qurumun sədri Cavid Qurbanov olmaqla Binəli Yıldırımı qardaş ölkənin yeni baş naziri seçilməsi münasibətilə təbrik edir, ona yeni vəzifəsində müvəffəqiyyətlər diləyirlər.

Azərbaycan dəmiryolçularının təbrikində bildirilir ki, Binəli Yıldırım Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri vəzifəsində çalışdığı dönəmlərdə Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsində, xüsusilə də Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin reallaşdırılması prosesində böyük əməyi olub.

Dəmiryolçular Binəli Yıldırımın Türkiyənin baş naziri postunda çalışacağı zamanlarda da ölkələrimiz arasında münasibətlərin, əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə əmindirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti