...

Türkiyə İranda 7 elektrik stansiyası tikəcək

Dünya xəbərləri Materials 5 İyun 2016 00:38 (UTC +04:00)
Türkiyənin "Unit İnternational" enerji şirkəti İranda yeddi qaz elektrik stansiyasının tikintisinə dair İranın energetika nazirliyi ilə təxminən 4,2 milyard dollar dəyərində olan saziş imzalayıb.
Türkiyə İranda 7 elektrik stansiyası tikəcək

Bakı. Trend:

Türkiyənin "Unit İnternational" enerji şirkəti İranda yeddi qaz elektrik stansiyasının tikintisinə dair İranın energetika nazirliyi ilə təxminən 4,2 milyard dollar dəyərində olan saziş imzalayıb.

Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata əsasən, stansiyalar İranın 7 müxtəlif regionunda tikiləcək. Onların ümumi gücü 6,020 MVT təşkil edəcək. Saziş İranın paytaxtı Tehranda iyunun 1-də imzalanıb.

Şirkətin sahibi Ünal Aysalın sözlərinə görə, stansiyalar İranın enerji tələbatının 10%-ı ödəyəcək. Onların tikintisinə 2017-ci ilin birinci rübündə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti