Bakı. Trend:
Türkiyənin Van vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində maşında olan 6 polis əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Terror aktının PKK silahlıları tərəfindən törədildiyi bildirilir.
Polis ərazidə iri əməliyyat keçirir.