...

Ukrayna radiolarında rus dilinə tədricən məhdudiyyət qoyulur

Dünya xəbərləri Materials 16 İyun 2016 13:29 (UTC +04:00)
Ukrayna Ali Radasının qərarına əsasən, bundan sonra ölkə radiostansiyalarında istifadə edilən mahnıların hər üçüncüsü yerli dildə olacaq.
Ukrayna radiolarında rus dilinə tədricən məhdudiyyət qoyulur

Bakı. Elçin Hüseynov - Trend:

Ukrayna Ali Radasının qərarına əsasən, bundan sonra ölkə radiostansiyalarında istifadə edilən mahnıların hər üçüncüsü yerli dildə olacaq. Bu barədə Trend "112 Ukrayna" telekanalına istinadən xəbər verir.

Belə qərarın lehinə Ali Radanın 268 deputatı səs verib. Qərara əsasən, Ukrayna radiolarında danışıq dili və səsləndirilən mahnıların ən azı 35 faizi dövlət dilində olmalıdır.

Bundan əvvəl Ukrayna mətbuatında yayılan məlumata əsasən, aidiyyəti qurumlar rusdilli "Şanson" radiostansiyasında ölkə qanunvericiliyinə riayət edilməsinə dair yoxlamalar keçirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti