Bakı. Elçin Hüseynov - Trend:
Neftin qiymətləri bazar etrəsi yenə artmağa başlayıb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, 14 iyundan sonra "Brent" markalı neftin qiyməti yenə 1 barel üçün 50 dolları ötüb.
Birjalarda "Brent" markalı neftin bir barelinin avqust fyuçerslərinin qiyməti 1,71% artaraq 50,01 dollar təşkil edir.
Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin avqust fyuçerslərinin qiyməti isə 49,31 dollara kimi artıb.