...

Ərdoğan Putin ilə G20 sammitində görüşəcək

Dünya xəbərləri Materials 30 İyun 2016 00:32 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə G20 sammitində görüşmək barədə razılıq əldə edib
Ərdoğan Putin ilə G20 sammitində görüşəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə G20 sammitində görüşmək barədə razılıq əldə edib. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

"Bu gün biz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardıq. Mən əminəm ki, bu danışıqlar çox faydalı oldu. Biz münasibətlərimizin əvvəlki səviyyəsinə qaytarılması barədə razılığa gəldik", - deyə Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti