Bakı. Trend:
Rusiyada Türkiyəyə turpaket satışına qoyulan məhdudiyyətlər ləğv edildi.
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Fərman dərc edildiyi gündən qüvvəyə minəcək.