...

Türkiyədə silah alverində şübhəli bilinən 80-dən artıq şəxs saxlanılıb

Dünya xəbərləri Materials 1 İyul 2016 10:15 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi xüsusi əməliyyat çərçivəsində silah alverində şübhəli bilinən 87 nəfəri saxlayıb. Trend Türkiyənin "Haber7" qəzetinə istinadən bu barədə məlumat verir.

Eləcə də əməliyyat zamanı 1000 ədəddən artıq odlu silah aşkar edilib.

Saxlanılanlar arasında əcnəbilərin də olduğu bildirilir, lakin adlar açıqlanmır.

Qəzet həmçinin məlumat verir ki, Türkiyənin digər böyük şəhər və vilayətlərində də belə əməliyyatlar aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti