...

ABŞ-da sərnişin təyyarəsi səhvən hərbi bazanın "qonağı olub"

Dünya xəbərləri Materials 9 İyul 2016 12:47 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın "Delta" aviaşikətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi səhvən Cənubi Dakota ştatının hərbi bazasına eniş edib.

Bu barədə Trend "The Guardian" qəzetinə istinadən xəbər verir.

130 sərnişin daşıyan təyyarə Minneapolisdən Cənubi Dakotanın "Rapid sity" regional aeroportuna eniş etməli idi. Amma səhvən hava limanının 16 km-də yerləşən Hərbi Hava Qüvvələrinin "Ellsworht" hərbi bazasına uçub.

Qeyd edilir ki, enişdən sonra sərnişinlər təyyarədən buraxılmayıb, illüminatorların örtüklərini isə bağlamaq xahiş edilib. Hərbçilər isə itlərlə təyyarənin göyərtəsində yoxlama aparıblar.

"Delta" şirkəti pilotların səhvinə görə sərnişinlərdən üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti