...

Yerevanda polis alayını ələ keçirən silahlıların tələbi: Hakimiyyət istefa versin!

Dünya xəbərləri Materials 17 İyul 2016 11:44 (UTC +04:00)
Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir
Yerevanda polis alayını ələ keçirən silahlıların tələbi: Hakimiyyət istefa versin!

Bakı. Trend:

Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.

Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları “Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.

Qeyd olunur: “Biz artıq Yerevanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti