Bakı. Trend:
Fransanın Val-d'Uaz departamentinin jandameriya şöbəsində gənc insanın ölümündən hiddətlənən təqribən yüzlərlə fransız çərşənbə gününə keçən gecə etiraz aksiyası keçiriblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində 6 polis xəsarət alıb.
Səhər saatlarında sakitlik bərpa edilib. Hazırda 130 jandarm və polis əməkdaşı səfərbər edilib ki, bu da toqquşmaların qarşısını almağa imkan verib.