Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə hərbi çevrilişə cəhd və fövqəladə vəziyyətin elan edilməsi Transanadolu qaz kəmərinin (TANAP) tikintisi qrafikinə təsir etməyəcək.
Bunu Trend-ə TANAP konsorsiumundan deyiblər.
Konsorsiumdan qeyd ediblər ki, layihə daha əvvəl təyin edilmiş qrafik üzrə həyata keçirilir: "Tikintidə (qaz kəməri) yubanma yoxdur".