Bakı. Trend:
Yerevanda girova götürülmüş "Təcili tibbi yardım"-ın əməkdaşlarının biri silahlı qrup tərəfindən ələ keçirilmış polis binasından azadlığa buraxılıb.
Bu barədə Trend İnterfax-a istinadən xəbər verir.
Hazırda silahlı qrup tərəfindən polis hissəsinin binasında girov kimi "Təcili tibbi yardım"-ın iki həkim və bir tibb bacısı qalır.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.