...

Türkiyədə növbəti partlayış: 4 ölü, 30 yaralı

Dünya xəbərləri Materials 10 Avqust 2016 20:35 (UTC +04:00)
Türkiyənin Mardin əyalətində partlayış baş verib
Türkiyədə növbəti partlayış: 4 ölü, 30 yaralı

Bakı. Trend:

Türkiyənin Mardin əyalətində partlayış baş verib.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında olub.

Uzaqdan idarə olunan partlayıcı qurğunun ərazidən polis avtomobili keçdiyi zaman işə düşdüyü bildirilir.

Partlayış nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

Əraziyə təcili yardım maşınları gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti