...

Fasiləsiz təhsilin təmin edilməsində Özbəkistanın uğurları

Dünya xəbərləri Materials 11 Avqust 2016 13:31 (UTC +04:00)
Ölkənin müstəqilliyinin ilk günlərindən yüksək ixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Fasiləsiz təhsilin təmin edilməsində Özbəkistanın uğurları

Bakı. Trend:

Ölkənin müstəqilliyinin ilk günlərindən yüksək ixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkənin böyük gələcəyinin qurulmasında xüsusi əhəmiyyət kəsb edən "Kadrların hazırlanması üzrə Milli proqram Haqqında" və "Təhsil Haqqında" qanunlar qəbul edilib.

Kadrların hazırlanması üzrə Milli proqramın uğurla həyata keçirilməsi nəticəsində Özbəkistanda «9+3» sxemi üzrə 12 illik fasiləsiz ödənişsiz icbari təhsil sistemi tətbiq edilib, bununla orta məktəbdə 9 il daha sonra 3 il ərzində akademik lisey və peşə kolleclərində təhsil alması nəzərdə tutulur. Kadrların hazırlanması üzrə Milli proqramının məntiqi davamı olan məktəb təhsilinin inkişafı üzrə Dövlət Ümummilli Proqramı çərçivəsində 2004-2009 illərdə 8501 məktəbdə və 2010-2016 illərdə 2226 məktəbdə təmir-tikinti işləri aparılıb.

Müstəqillik illərində təhsil müəssisələrinin müasir tədris laboratoriya ləvazimatları və kompüter texnikası ilə təchiz edilməsinə 1,09 trilyon sum vəsait ayrılıb.

Ümumtəhsil sistemində qabaqcıl pedaqoji və informasiya texnologiyalarının geniş tətbiqi məqsədilə müəllimlər üçün metodiki vəsaitlər və multimedia proqramları hazırlanır (ildə orta hesabla 40 min). Elektron dərsliklər, video və audiodərslər, İnteraktiv və animasiya, virtual laborator işlər, testlər, 500 dən çox tədris oyunları və 300-dən çox interaktiv xidmətlər və informasiya sistemləri yaradılıb və tətbiq edilib.

Özbəkistanda təhsilin yüksək keyfiyyətini təmin edilməsi üzrə görülən böyük miqyaslı işlər öz praktiki nəticələrini göstərməkdədir. Müstəqillik illərində respublikamızın şagirdləri beynəlxalq olimpiadalarda 253 medal qazanmışlar, onlardan 20 qızıl, 58 gümüş və 175 bürünc medal təşkil edib.

Prezident İslam Kərimovun təşəbbüsu ilə yaradılan 2009-2014 və 2016-2020 illər üzrə qəbul olunmuş dövlət proqramları çərçivəsində uşaqların istedadlarının həyata keçirilməsi və təkmilləşdirilməsi, gənclərin mədəni maarif səviyyəsinin yüksəldilməsi, sənət vasitəsi ilə milli və bəşəri dəyərlərin onların qəlbində yaşadılması məqsədilə 301 uşaq musiqi və incəsənət məktəbi, 3 akademik musiqi liseyi tikilmiş, yenidən qurulmuş və 137 milyard sum məbləğində mebel, musiqi alətləri və xüsusi ləvazimatlarla təchiz olunub.

Beləliklə, musiqi təhsilinə, müasir şərait və imkanların yaradılmasına yetirilən böyük diqqət nəticəsində Özbəkistan şagirdləri beynəlxalq müsabiqə və festivallarda böyük uğurlar əldə edib. Xüsusilə, Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Rumıniya, Hollandiya, Polşa, Rusiya və Azərbaycanda keçirilən müxtəlif mötəbər yarışlarda ölkəmizin gəncləri, 44 qran-pri, 255 birinci, 159 ikinci və 170 üçüncü yerlərə layiq görülüblər.

Özbəkistanda gənclərin idman hərəkətinə və fiziki tərbiyəyə kütləvi şəkildə cəlb edilməsinə yönəlmiş idman yarışlarının üçpilləli sistemi tətbiq edilib. Belə ki, ümumtəhsil məktəblərinin şagirdləri “Umid nixolları”, lisey və kollec şagirdləri “Barkamol avlod” və Ali təhsil ocaqlarının tələbələri isə “Universiada” idman oyunlarında yarışırlar.
Özbəkistanın uşaq idmanının inkişafı fondu 2002-ci ildə yarandığı andan 2479 obyektin əsaslı təmiri, yenidən qurulması və tikintisi üçün 1,58 trilyon sum miqdarında pul ayrılıb.

Yuxarıda qeyd olunanların və bu istiqamətdə görülən digər genişmiqyaslı işlərin nəticəsində idmanla məşğul olan uşaqların sayı 57,2% dək, qızlar arasında - 46,9%dək artmışdır. 487 beynəlxalq yarışlarda 5369 Özbəkistanlı şagird (1955 qızlar təşkil etməklə) ümümlikdə 1886 medal olmaqla, 716 qızıl, 534 gümüş və 636 bürünc medal qazanıblar.

2012-ci ildə Özbəkistan Respublikasının Prezidenti "Xarici dillərin öyrənilməsi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb, bu sərəncama əsasən xarici dillər 2013-2014-ci tədris ilindən ümumtəhsil məktəblərində birinci sinifdən öyrənilir.

Dövlət təhsil standartları və tədris proqramlarının əsasında 1-4 siniflər tədris kompleksləri ilə təmin olunublar (dərsliklər, müəllimlər üçün kitablar, çalışma üçün dəftərlər və DVD-disklər). Yeni standartlar əsasında xarici dillər üzrə 5-9-cu sinif müəllimləri üçün metodiki vəsaitlər yaradılmış və nəşr edilmişdir. Xarici dillərin öyrədilməsi üçün DVD – maqnitolalar, lüğət və ədəbiyyat, tədris - əyani ləvazimatlarla təchiz olunmuş yeni nümunəli kabinetlər yaradılır.

Müstəqillik illərində fədakar əmək və təhsil sisteminin inkişafına töhfəsinə görə 4026 nəfər müəllim yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Onlardan altısı “Özbekiston kaxramoni” (“Özbəkistan qəhrəmanı”) yüksək adına,124 nəfər “El-yurt xizmatı”(“El-yurd xidməti”), 33 nəfər “Fidokorona xizmatlari uçun” (“Fədakər xidmətləri üçün”), 300 nəfər “Mexnat şuxrati” (“Əmək şöhrəti”), 508 nəfər I və II dərəcəli “Soğlom avlod uçun” (“Sağlam övlad üçün”), 392 nəfər “Dustlik” (“Dostluq”) ordenlərinə layiq görülmüşlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti