...

Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Dünya xəbərləri Materials 13 Avqust 2016 17:47 (UTC +04:00)
Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.
Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti krallığın sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" Tasnim agentliyinə istinadən xəbər verib.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib.

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti