...

Xüsusi əməliyyat - İstanbul məhkəməsində Gülən tərəfdarları axtarılır

Dünya xəbərləri Materials 15 Avqust 2016 10:56 (UTC +04:00)
İstanbul məhkəməsinin binasında Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əməliyyat keçirilir.
Xüsusi əməliyyat - İstanbul məhkəməsində Gülən tərəfdarları axtarılır

Bakı. Orxan Quluzadə - Trend:

İstanbul məhkəməsinin binasında Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əməliyyat keçirilir. Trend bu barədə Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, hazırda məhkəmə binası İstanbul polisi tərəfindən mühasirəyə alınıb, əməkdaşlar yoxlanılır.

Qeyd edək ki, daha öncə İstanbul məhkəməsi tərəfindən Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan F.Gülənin həbsi barədə qərar çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti