Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin Suriya-Türkiyə sərhədindəki Cerablus bölgəsində İŞİD terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib.
Bu barədə Trend "Haber 7"-yə istinadən xəbər verir.
Hərbi mənbələrdən əldə olunan məlumata görə, sabaha qədər Cerablus bölgəsinin İŞİD silahlılarından təmizlənməsi məqsədilə başladılan əməliyyat tam şəkildə davam edir.
Hazırda Türkiyə ordusu İŞİD hədəflərinə hava və top atəşlərini davam etdirir.Azad Suriya Ordusunun zirehli texnikalarla Cerablusun mərkəzinə doğru hərəkət edəcəyi gözlənilir.