Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Rusiya Hələbdə atəşkəsin əldə edilməsi üçün danışıqlar aparır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hər iki ölkə üçün Hələbdə atəşkəsin əldə edilməsi vacib məsələlərdən biridir.