Bakı. Orxan Quluzadə - Trend:
Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ölkənin cənub-şərqində Hakkari vilayətində yaraqlıların mövqelərinə zərbə endirib.
Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Hərbi əməliyyat nəticəsində Türkiyə HHQ iki terrorçu və silah-sursat dolu anbarı məhv edib.