Bakı. Trend:
Yaponiyanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, yeraltı təkanların episentri Amami adası rayonunda 40 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə hələ məlumat yoxdur. Zəlzələdən dərhal sonra Metereoloji İdarə tərəfindən sunami təhlüksəi barədə xəbərdarlıq edilsə də, sonra bu xəbər çıxarılıb.