Bakı. Orxan Quluzadə - Trend:
Fəthullah Gülən hərəkatı ilə mübarizə prosesi siyasi və inzibati müstəvidə aparılır, lakin erkən parlament seçkilərinin keçirilməsi variantı istisna edilir.
Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin spikeri İsmayıl Kahraman deyib.
Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarında Gülənçilərin üzə çıxarılıb təmizlənməsi prosesi davam edir.