...

Britaniyada həbsxanalar üzərində pilotsuz zonalar yaradılacaq

Dünya xəbərləri Materials 3 Noyabr 2016 12:39 (UTC +04:00)
İngiltərə və Uelsdə həbsxanalar üzərində pilotsuz uçuş aparatlarının uçuşu qadağan olunacaq
Britaniyada həbsxanalar üzərində pilotsuz zonalar yaradılacaq

Bakı. Trend

İngiltərə və Uelsdə həbsxanalar üzərində pilotsuz zonalar yaradılacaq. Trend-in “Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu addım məhkumlara narkotik vasitə və ya silah ötürmək üçün pilotsuz uçuş aparatlarının qarşısının alınması məqsədilə atılacaq.

Bu təkliflərin Böyük Britaniya ədliyyə naziri Elizabet Trass tərəfindən təqdim edildiyi deyilir. Bundan əlavə, həbsxanalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 2 mindən çox əməkdaş cəlb olunacaq.

Qəzetin məlumatına görə, ötən il İngiltərə və Uels həbsxanalarında pilotsuz uçuş aparatları vasitəsilə silah və narkotik vasitələrin çatdırılması ilə bağlı 33 insident qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti