...

ABŞ-da prezident seçkilərinə kibermüdaxilələrə qarşı tədbirlər aparılır

Dünya xəbərləri Materials 4 Noyabr 2016 13:58 (UTC +04:00)
ABŞ hökuməti prezident seçkilərinə yönəlmiş istənilən kibermüdaxilənin qarşısının alınması üçün misli görünməyən tədbirlər həyata keçirir
ABŞ-da prezident seçkilərinə kibermüdaxilələrə qarşı tədbirlər aparılır

Bakı. Trend:

ABŞ hökuməti prezident seçkilərinə yönəlmiş istənilən kibermüdaxilənin qarşısının alınması üçün misli görünməyən tədbirlər həyata keçirir. Bu barədə Trend NBC telekanalına istinadən məlumat verir.

Əldə olunan məlumatlara görə, təhlükəsizlik tədbirləri Ağ Ev, ABŞ Daxili İşlər Nazirliyi, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilir.

ABŞ-ın təhlükəsizlik orqanları noyabrın 8-i keçiriləcək prezident seçkiləri ilə bağlı haker hücumlarının baş verə biləcəyini hesab edir. Bu cür kiberhücumlar seçki nəticələrinə və ya səslərin hesablanmasına təsir göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti