...

ABŞ-da bir məntəqədə prezident seçkilərinin nəticəsi məlumdur (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Noyabr 2016 11:32 (UTC +04:00)
ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində keçirilmiş səsvermənin nəticəsi məlum olub.
ABŞ-da bir məntəqədə prezident seçkilərinin nəticəsi məlumdur (YENİLƏNİB)

İlk xəbər saat 11:32-də yayılıb

Bakı. Trend:

ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində keçirilmiş səsvermənin nəticəsi məlum olub. Ötən əsrin ortalarında davam edən ənənəyə görə, Dikvill-Notç qəsəbəsinin azsaylı sakinləri prezident seçkilərində ölkənin digər məntəqələrindən daha əvvəl öz mövqeyini bildirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəsəbənin seçkidə iştirak etmiş 6 sakinindən dördü Hillari Klintona, iki nəfəri Donald Trampa səs verib. Beləliklə, ilk seçki məntəqəsində demokratların namizədi üstün olub.

ABŞ ərazisində digər məntəqələrin nəticələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saatlarında məlum olacaq.

X X X

11:32

ABŞ-ın Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində səsvermə prosesinin başlaması ilə prezident seçkilərinə start verilib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Ötən əsrin 60-cı illərində yaranan ənənəyə əsasən, Diksvill-Notç ABŞ-ın digər bölgələrində səsvermə məntəqələrinin açılmasından əvvəl səs verməyə başlayır. Bu qəsəbədə səs verənlər orada fəaliyyət göstərən “Balsams” şirkətinin əməkdaşları olur.

Verilən məlumatlara görə, builki seçkilərdə Diksvill-Notç qəsəbəsində 7 seçici iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti