...

ABŞ-ın daha 3 qəsəbəsində seçki nəticələri məlumdur

Dünya xəbərləri Materials 8 Noyabr 2016 11:58 (UTC +04:00)
Donald Tramp Nyu-Hempşir ştatının 3 qəsəbəsində öndədir.
ABŞ-ın daha 3 qəsəbəsində seçki nəticələri məlumdur

Bakı. Trend:

Nyu-Hempşir ştatının 3 qəsəbəsində nəticələr məlumdur.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Respublikaçılar partiyasının namizədi Donald Tramp 32 səslə öndədir. Onun rəqibi, Demokrat partiyasının namizədi Hillari Klinton 25 səs toplayıb.

ABŞ-da ənənəyə uyğun olaraq Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsinin seçki günü gecəyarısı səs verir. Bundan başqa, ştatın daha 3 qəsəbəsində ənənəvi erkən səsvermə baş tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti