...

İran XİN: ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir

Dünya xəbərləri Materials 9 Noyabr 2016 14:40 (UTC +04:00)
ABŞ istənilən halda İranla əldə olunan nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir.
İran XİN: ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir

Bakı. Taleh Ağaverdiyev - Trend:

ABŞ istənilən halda İranla əldə olunan nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən M.C.Zərif bu posta seçilən insanın dünya həqiqətlərini dərk etməli olduğunu deyib.

Nazir qeyd edib ki, bu ABŞ vətəndaşlarının seçimidir:

"Tehranın Vaşinqtonla siyasi əlaqələri yoxdur, amma istənilən halda ABŞ nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti