Bakı. Orxan Quluzadə - Trend:
Suriyanın Əl-Bab şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatları zamanı Türkiyənin 6 hərbçisi yaralanıb.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Yaralılar Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib.
Bundan öncə həmin əməliyyat çərçivəsində 2 türk hərbçi həlak olmuşdu.