...

Türkiyədə teraktda ölən və yaralanların sayı artıb (FOTO/VİDEO) (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 17 Dekabr 2016 19:07 (UTC +04:00)
Kayseridə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 14 olub.
Türkiyədə teraktda ölən və yaralanların sayı artıb (FOTO/VİDEO) (YENİLƏNİB-5)

İlk xəbər saat 10:32-də yayımlanıb

Bakı. Trend:

Kayseridə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 14 olub.

Trend-in Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, yaralananların sayı isə 56 nəfərə çatıb.

X X X

Kayseridə baş vermiş terror aktı nəticəsində 55 nəfər yaralanıb.

Trend TRT Haber telekanalına istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

X X X

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb.

Trend "Habertürk" qəzetinə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 48 nəfərə çatıb.

X X X

Qeyri-rəsmi məlumatlara görə, Kayseri vilayətindəki partlayış nəticəsində 9 nəfər həlak olub. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən bildirir.

Eyni zamanda Türkiyənin NTV telekanalı 30 nəfərin yaralandığı barədə məlumat verib.

Əldə olunan məlumatlara görə, terror hadisəsi hərbçilərə qarşı yönəlib. Lakin zərərçəkənlər arasında mülki şəxslərin də olduğu deyilir.

Yaralılar Erciyes Universitetinin xəstəxanasına yerləşdirilib.

X X X

Əldə olunan ilkin məlumatlara əsasən, baş vermiş partlayış nəticəsində 3 hərbçi həlak olub.

Trend-in "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, partlayış hərbçiləri daşıyan avtobusun yaxınlığından keçən avtomobilin partladılması yolu ilə baş verib.

Türkiyə hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu elan edib. Partlayışın PKK tərəfindən törədildiyi ehtimal edilir.

X X X

Partlayış yerli vaxtla saat 08:45-də hərbçiləri daşıyan avtobusda baş verib.

Trend "İHA" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində həlak olanlar var.

X X X

Türkiyənin Kayseri vilayətində Erciyes Universitetinin tələbə şəhərciyində güclü partlayış baş verib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaralılar var. Zərərçəkənlərin dəqiq sayı hələ məlum deyil.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və xilasedicilər cəlb olunub.

Xəbər lenti

Xəbər lenti