...

Türkiyə SQ Suriyada İŞİD-in 217 mövqeyini məhv edib

Dünya xəbərləri Materials 18 Dekabr 2016 15:06 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib
Türkiyə SQ Suriyada İŞİD-in 217 mövqeyini məhv edib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyənin sərhəd rayonlarını terrorçulardan təmizləmək, humanitar yardımın çatdırılmasını təmin etmək və İŞİD-lə mübarizədə beynəlxalq missiyaya dəstək göstərmək kimi məqsədlər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti