...

Berlin polisi yük maşını ilə hücum edən şəxsi şahidin köməyi ilə saxlayıb

Dünya xəbərləri Materials 20 Dekabr 2016 12:52 (UTC +04:00)
Berlin polisi yük maşınını yarmarkada insanların üzərinə sürən şəxsi hadisə şahidinin köməyi ilə saxlayıb.
Berlin polisi yük maşını ilə hücum edən şəxsi şahidin köməyi ilə saxlayıb

Bakı. Trend:

Berlin polisi yük maşınını yarmarkada insanların üzərinə sürən şəxsi hadisə şahidinin köməyi ilə saxlayıb.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən bildirir.

Məlumata görə, şahidlərdən biri bir müddət hücum edən şəxsi izləyib və onun yerini polisə məlumat verib.

Qeyd edək ki, ötən gün Berlində Milad yarmarkasında Paskistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hücum nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti