...

Şərqi Timorda 6,5 bal gücündə zəlzələ - Sunami təhlükəsi ola bilər?

Dünya xəbərləri Materials 21 Dekabr 2016 08:59 (UTC +04:00)

Bakı. Trend:

Cənubi-şərqi Asiyada Şərqi Timor sahillərində gücü 6,5 bal olan yeraltı təkanlar baş verib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətindən məlumat verilib.

Zəlzələnin episentri Şərqi Timorun ən böyük şəhəri və paytaxtı Dalidən cənubi-şərqə doğru 278 kilometrdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə hələ məlumat daxil olmayıb. Sunami təhlükəsinin olması barədə də xəbərdarlıq edilməyib.

Xəbər lenti

Xəbər lenti