...

Moskvada partlayış: yaralılıarın sayı artıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 22 Dekabr 2016 11:43 (UTC +04:00)
Moskvada metro stansiyasında baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.
Moskvada partlayış: yaralılıarın sayı artıb (YENİLƏNİB-2)

İlk xəbər saat 11:05-də yayılıb

Bakı. Trend:

Moskvada metro stansiyasında baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 4 nəfərə çatıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

X X X

11:05

Rusiyanın paytaxtı Moskvada, metronun "Kolomenskaya" stansiyasının yeraltı keçidində partlayış olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerində yanğınsöndürmə və təcili tibbi yardım briqadaları işləyir.

RİA Novosti-nin məlumatına əsasən, keçiddə aparılan qaynaq işləri zamanı qaz balonu partlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti