Bakı. Trend:
İranda Məsləhət Şurasının sədri, sabiq Prezident (1989-1997-ci illər) ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub.
Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Həmçinin İran hökuməti ayətullahın dəfni ilə əlaqədar yanvarın 9-nu qeyri-iş günü elan edib.
Qeyd edək ki, 82 yaşlı Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.