...

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

Dünya xəbərləri Materials 9 Yanvar 2017 21:39 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı
Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti