...

Forbes: "Trampın qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb"

Dünya xəbərləri Materials 10 Yanvar 2017 08:41 (UTC +04:00)

Bakı. Trend:

Donald Trampın ABŞ-ın prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı "Forbes" jurnalı yayıb.

Bu artım Rusiyanın qiymətli kağızlarının dəyərinin artması və milli valyutanın möhkəmlənməsi ilə izah olunur.

Noyabrın 8-dən sonra sərvətini ən çox artıran “NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. Jurnalın yazdığına görə, iş adamının aktivlərinin dəyəri 1,9 milyard dollar artaraq 18,2 milyard dollara çatıb. Mihelson 2016-cı ildə Rusiyanın ən varlı iş adamları reytinqində birinci yeri tutur.

"Forbes" qeyd edir ki, əgər amerikalı milyarderlərin sərvəti Trampın qələbəsindən sonra orta hesabla 2,8% artıbsa, ən varlı rusiyalıların sərvəti orta hesabla 7,1% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti