...

Rusiya səfirinin adı Türkiyədə daha bir yerdə əbədiləşdirildi

Dünya xəbərləri Materials 10 Yanvar 2017 11:49 (UTC +04:00)
Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirildiyi müasir mədəniyyət mərkəzinin sərgi zalı onun şərəfinə adllandırılıb
Rusiya səfirinin adı Türkiyədə daha bir yerdə əbədiləşdirildi

Bakı. Trend:

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirildiyi müasir mədəniyyət mərkəzinin sərgi zalı onun şərəfinə adllandırılıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Xatırladaq ki, səfir A.Karlov dekabrın 19-u fotosərgi zamanı qətlə yetirilmişdi.

Ankaranın Çankaya bələdiyyəsinin sədri Alper Taşdelen Rusiya səfirinin öldürülməsinin iki ölkə arasında münasibətlərə ziyan vurmaq məqsədi daşıdığını deyib: “Terror – bəşəriyyətə qarşı cinayətdir. Biz milliyyəti və dini olmayan terrorçuları pisləyirik. Bu zal həmişə Karlovun xatirəsini daşıyacaq”.

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

Ankara şəhər bələdiyyəsi daha əvvəl Rusiya səfirliyinin yerləşdiyi küçəyə A.Karlovun adını vermişdi.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti