Bakı. Trend:
Moskvada əmindirlər ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə hörmət daha çox olmalıdır və ümid edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq mümkün olacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyada Vladimir Putinlə Donald Trampın “yola gedəcəyinə” ümid edirlər.
Peskov deyib: “Ən azından, Tramp dialoq aparmağa hazır olduğunu bəyan edib. Bu o demək deyil ki, tərəflər hər məsələdə razılıq əldə etməyə hazırdır. Çətin ki, bu mümkün olsun və Moskvada bunu gözləmirlər. Amma dialoq aparmaq bizə bir çox çətin vəziyyətlərdən çıxmağımıza kömək edəcək”.