...

Bişkekdə qəzadan sonra "Manas" aeroportu bağlandı

Dünya xəbərləri Materials 16 Yanvar 2017 12:25 (UTC +04:00)
Qırğızıstanda "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğraması ilə bağlı olaraq Bişkekin “Manas” hava limanı müvəqqəti olaraq bağlanıb.
Bişkekdə qəzadan sonra "Manas" aeroportu bağlandı

Bakı. Trend:

Qırğızıstanda Türkiyəyə məxsus, Honkonq-Bişkek reysi üzrə hərəkət edən "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğraması ilə bağlı olaraq Bişkekin “Manas” hava limanı müvəqqəti olaraq bağlanıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Hava limanının mətbuat xidməti bildirib ki, aeroportun yenidən fəaliyyətini davam etdirməsi ilə bağlı qərar rəhbərliyin iclasından sonra veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti