Bakı. Trend:
İranın neft yataqlarından birində qaz sızması (zəhərli hidrogen sulfid qazı) ölümlə nəticələnib. Trend-in məlumatına görə, hadisə "Nərgizi" neft yatağı ərazisində baş verib.
Yataqda qaz sızması nəticəsində azı 3 nəfərin zəhərlənərək öldüyü bildirilir.
Qəzanın səbəbləri hələ məlum deyil, araşdırma aparılır.